• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

Sentyabr ayında 3045 yaşıl kart müqaviləsi bağlanılıb

04.10.17 09:40 1278
Sentyabr ayında 3045 yaşıl kart müqaviləsi bağlanılıb
Cari ilin sentyabr ayı ərzində yaşıl kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 3045 yaşıl kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta BürosundanAZƏRTAC-a verilən məlumatda bildirilir ki, bunlardan 1719 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1235 müqavilə Rusiya, Moldova və Ukraynaya, 91 müqavilə isə yaşıl kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 211,174 manat təşkil edib. Yaşıl kart müqavilələrinin 2445-i minik, 313-ü yük, 267-si qoşqu, 18-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlıdır.
Hazırda yaşıl kart sığorta növü üzrə İcbari Sığorta Bürosunun iştirakçısı olan 13 sığorta şirkəti fəaliyyət göstərir.
Yaşıl kart beynəlxalq sığorta sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən, yaşıl kart haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda bu sistemə 48 ölkə üzvdür. Azərbaycan 2015-ci il mayın 28-də sistemə üzv ölkə qismində qəbul edilib və 2016-cı ilin yanvarın 1-dən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər