“Şənlən, mənim xalqım!” - Fotolar
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzinin
Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət "Şənlən, mənim
xalqım” adlı təşkil etdiyi qala-konsert anşlaqla keçdi, musiqi və mədəniyyət
bayramı hər kəsə unudulmaz musiqi və bol əyləncə yaşatmış oldu.ELS Müstəqil
Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəstəkar, rəssam, şair, heykəltəraş,
yazıçı, müəllim, rejissor, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarovun
geniş və çoxşahəli fəaliyyətini qeyd etdi. Onun sözlərinə görə, ömrünü musiqiyə
həsr edən bəstəkar gözəl, dolğun bir həyat yaşayıb, varlığı ilə ətrafa işıq,
sevgi, mərhəmət saçıb.
"Oqtay
müəllim bizim uşaqlığımız, gəncliyimiz, bugünümüz və tam əminliklə deyə bilərəm
ki, sabahımızdır. Bu gün bir daha onu yad etmək, neçə-neçə nəslin dillər əzbəri
olmuş mahnıları dinləmək üçün burdayıq. Biz bu layihəni gerçəkləşdirməklə,
Oqtay müəllimin əziz xatirəsini yad etmək və təkrarolunmaz əsərlərini bir daha
gündəmə gətirib onlara yeni nəfəs vermək istədik” – deyə İ.Yaqubova gecəni
açdı.
Qala-konsertin
iştirakçıları olan 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət
Gimnaziyasının mahnı və rəqs kollektivlərin rəngarənq və maraqlı çıxışları
tamaşaçılara əsl bayram ab-havası yaşatdı.
Bəstəkarın
dillər əzbəri olan "Yaz gəlir”, "Maşınımı sürürəm”, "Qucağında nənə, sən”,
"Lavaş”, "İdman”, "Futbolçular”, "Sərçə”, "Can nənə”, "Qonaqlıq”, "Nağara”,
"Göy Xəzər”, "Gözəl Bakı”, "Bayraq”, "Gözəl Vətən”, "Ad günü”, "Haralısan deməyin”
və digər mahnıları yeni aranjemanda səsləndi. Sonda isə qala-konsertin bütün
iştirakçıları bəstəkarın "Musiqi bayramı” mahnısını birgə ifa etdilər.
Sonda
İ.Yaqubova gecənin ərsiyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü
bildirdi, diplomlar təqdim etdi. Oqtay Zülfqarovun qızı, həmçinin konsertin
rejissoru Leyla Zülfüqarova belə bir ideyanı həyata keçirən ELS Müstəqil
Araşdırmalar Mərkəzinin kollektivinə ailə adından təşəkkürünü bildirdi.
Qala-konsertdə
rəsmi dövlət qurumlarının təmsilçiləri, tanınmış incəsənət xadimləri, bəstəkarın
ailə üzvləri, ictimai təşkilatlar, mətbuat nümayəndələri və nəhayət
O.Zülfüqarovun ən balaca və sevimli tamaşaçıları iştirak edirdi.
Qeyd edək
ki, qala-konsert ELS Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə "Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə
ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.