• cümə, 19 Aprel, 09:23
  • Baku Bakı 13°C

“Səni yuxu aparacaq, o isə danışacaq”

18.10.18 11:20 619
“Səni yuxu aparacaq, o isə danışacaq”
"Monako”nun yeni baş məşqçisi Tyerri Anri fikirlərini bildirib.
Kaspi.az. xəbər verir ki, Anri məşqçi işində örnək saydığı mütəxəssisin də adını açıqlayıb. O, "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya pərəstiş etdiyini gizlətməyib:
"İndiyə qədər hansı məşqçi ilə işləmişəmsə, ondan nəsə öyrənmişəm. Fərqi yoxdur, mənim inkişafımda nəsə edənlərdən də, nəyi isə düz etməyənlərdən də.
Arsen Venger mənim düşüncəmi dəyişdi: peşəkar olmağın, özünü aparmağın yollarını başa saldı. Sən başqalarından öyrənsən də, özün də özünə nəsə əlavə etməlisən.
Pep Qvardiola mənim üçün belə nümunələrdəndir. Mən əsl futbol oynamağı onun rəhbərliyi altında "Barselona”da oynayanda öyrəndim.
Əgər Pep futbol barədə söhbət etməyə başlayacaqsa, onda yatmayacaq. Səni yuxu aparacaq, o isə danışmağa davam edəcək. O, futbolda başqalarından bir baş üstündür”.
Anri baş məşqçi kimi fəaliyyətə məhz "Monako”da başlayır. O, DÇ-2018-də Belçika yığmasının məşqçilər korpusunda yer almışdı.
banner

Oxşar Xəbərlər