• cümə axşamı, 25 aprel, 13:02
  • Baku Bakı 23°C

Şənbə günü üçün Hava proqnozu

25.07.14 11:32 1108
Şənbə günü üçün Hava proqnozu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, iyulun 27-də və 28-də havanın temperatur 3-5 dərəcə düşəcək.
İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 34-37 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
banner

Oxşar Xəbərlər