AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Şənbə-bazar günləri yaşayış yerini tərk edən 29 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanıb

Kriminal
30 Noyabr 2020, 12:00 224
Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 29 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 26 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 3 nəfəri isə xəstəxanaya yerləşdirilib.
 
Onların hamısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.