• cümə axşamı, 28 mart, 23:49
  • Baku Bakı 13°C

Sənaye parklarına rezidentlər tərəfindən inidyədək yatırılan investisiyanın həcmi açıqlanıb

24.12.16 13:23 910
Sənaye parklarına rezidentlər tərəfindən inidyədək yatırılan investisiyanın həcmi açıqlanıb
Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 mln. dollar məbləğində investisiya yatırılıb və 3000-dən çox iş yeri yaradılıb. "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Onun sözlərinə görə, növbəti mərhələdə isə 1,5 mlrd. dollara yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılmış Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları artıq fəaliyyət göstərir. Mingəçevir və Pirallahı Sənaye parklarının təşkili üçün işlər aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir. Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 mln. manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq", - deyə nazir qeyd edib.
banner

Oxşar Xəbərlər