• cümə, 19 Aprel, 01:58
  • Baku Bakı 18°C

Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq

16.06.18 15:48 927
Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Paris Sülh Konfransında iştirak ediblər. Bu gün məzarın ziyarət etdiyimiz Əlimərdan bəy Topçubaşov həmin nümayəndə heyətinin rəhbəri olub.
Bu fikri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edən Paris yaxınlığındakı Sən Klu şəhərinin meri Erik BerdoatiAZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Sən Klu muzeyində Əlimərdan bəy Topçubaşovun büstü qoyulacaq. Eyni zamanda, Azərbaycan caz musiqiçilərinin konserti təşkil olunacaq.
banner

Oxşar Xəbərlər