• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

“Sən adını Müsavat tarixinə “saxtakar başqan” kimi yazdırdın”

17.11.14 12:49 1021
“Sən adını Müsavat tarixinə “saxtakar başqan” kimi yazdırdın”
Səxavət Əlisoy: “Qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, Arif Hacılının başqanlığını, divanını, məclisini, MNTK-sını da legitim hesab etmirəm”
Müsavat Partiyasının üzvü, başqanlığa sabiq namizəd Səxavət Əlisoy “Kaspi”yə açıqlama verərək, partiyanın hazırkı sədri, təşkilatda qəbul edilən qərarlar barədə öz fikirlərini bölüşüb. O, qurultayın nəticələrini tanımadığını, Arif Hacılının saxtakarlığa yol verdiyini, onun alternativ fikrə qarşı dözümsüz olduğunu bir daha bəyan edib: “Mən qurultayın nəticələrini tanımıram və bu o deməkdir ki, Arif Hacılının başqanlığını, divanını, məclisini, MNTK-sını da legitim hesab etmirəm. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud, şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, Arif Hacılının “divanının” hansı kabinetdə keçirildiyini də bilirik. Bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik. Arif hacılı, sən adını Müsavat Partiyası tarixinə “saxtakar başqan” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavat Partiyasını bu anormal durumdan xilas etməkdən ibarətdir. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən və bu o anlama gələ bilməz ki, səni (saxtakarlığı) qəbul etməyənlər susmağa vadar olacaq. Əmin ol, belə bir şey baş verməyəcək, nədən ki, hədəfin növbədənkənar qurultay olması barədə mübarizəyə start verilib. Feysbukda baş dirijoru olduğun “instrumental ansanbılın” üzvlərinin sənə biət etməyənlərə qarşı təhqir və təhdidlərinə son qoydur (biz lap yaxın zamanda birtərəfli qaydada moratorium elan edəcəyik), çünki elə bir bumeranq effekti yaranar ki, utandığından başını qaldıra bilməzsən. Arif Hacılı, sən və tərəfdarların heç bir zaman Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz. Unutma, indi 1937 yox, 2014-ci ildir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər