AZE | RUS | ENG |

“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb” - Məktəb illəri

“Sən “4” almalı deyildin, bu, ədalətli olmayıb” - Məktəb illəri
Fikrət Yusifov: “Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur”

Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələri olur ki, danışmaqla bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha yaddaqalanları da olur. Rubrikamızın budəfəki qonağı keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifovdur. İqtisadçı tələbəlik illərində başına gələn maraqlı hadisəni də bizimlə bölüşdü: "Xalq Təsərrüfatı İnstitutunda hər kəsin tanıdığı Əlihüseyn müəllim var idi. O qədər obyektiv müəllim nadir hallarda olur. Coğrafiyanı çox sevirdim. İmtahanda necə oldusa, gərginlik keçirdim, "4” aldım. Yeddi imtahandan beş alıb, səkkizinci imtahandan "4” almışdım. Çox pis vəziyyətdə idim. Yeni il tətilinə getmişdim. Bir neçə gün sonra pis əhval-ruhiyyə ilə instituta gəldim. Dekan müavini dedi ki, Əlihüseyn müəllim üç gündür səni axtarır. O dövrdə telefon əlaqələri çox zəif idi. Gördüm ki, kafedrada təkcə oturub. Hər gün gəlib burada məni gözləyirmiş. Əsəbi şəkildə məndən harada olduğumu soruşdu və dedi ki, prorektora demişəm, get, təyinat yazsınlar, səndən təzədən imtahan götürəcəyəm. Sən "4” almalı deyildin, bu, ədalətli olmayıb. Təyinatını al, sabah gəl imtahana”. Sabah mən yenidən imtahan verdim. İmtahanda məni sual atəşinə tutdu və "5” aldım. Bu qədər ədalət sahibi olan müəllimin tələbəsi, həyatda həmişə, hər məsələdə ədalətli olmağa borcludur”.
 
Günel Azadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000