• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür

08.05.19 17:10 749
Şəmkirdə yol qəzasında ölənlər bir ailənin üzvüdür
Şəmkir rayonunda sərnişin avtobusunun "VAZ 2107" markalı avtobusla toqquşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində "VAZ 2107" markalı maşında olan 1 ailənin 3 üzvü dünyasını dəyişib.
Hadisə nəticəsində ölən şəxslər - sürücü, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadi Zirəddin oğlu, anası, 1945-ci il təvəllüdlü Gülməmmədova Sücaət Seyidəli qızı və sürücünün nəvəsi, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan Qüdrət oğludur.
Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
banner

Oxşar Xəbərlər