• çərşənbə axşamı, 23 aprel, 11:06
  • Baku Bakı 20°C

Şəmkirdə top mərmisi aşkarlanıb

20.04.20 10:00 610
Şəmkirdə top mərmisi aşkarlanıb
Aprelin 19-da saat 12:12-də Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Şəmkir rayonunun Nərimanlı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Şəmkir Rayon Polis Şöbəsinin və Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının Şəmkir Regional Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə meşə sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli 100 millimetrlik top mərmisi (PBR-412) aşkar olunub. Sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 500 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
banner

Oxşar Xəbərlər