• cümə, 29 Mart, 14:34
  • Baku Bakı 14°C

Şəmkirdə qəza: sürücü canından oldu

03.07.13 14:38 1485
Şəmkirdə qəza: sürücü canından oldu
Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 387-ci kilometrliyində, Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol qəza hadisəsi baş verib.
Əliyaqublu kənd sakini 41 yaşlı Fazil Məmmədov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Bakı istiqamətinə hərəkətdə olarkən qarşı tərəfdən gələn Sabirkənd kənd sakini 21 yaşlı Elxan Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 21011”in sürücüsü Fazil Məmmədov hadisə yerindəcə dünyasını dəyişib. Digər avtomobilin sürcüsü Elxan Quliyev isə yüngül bədən xəsarətləri alıb. İlkin ehtimala görə qəza “VAZ 21011” markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı ucbatından baş verib.
BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Azər Hüseynov: ""VAZ 21011" markalı avtomobil Bakı istiqamətinə hərəkətdə olarkən qarşısındakı avtomobili ötüb keçmək istəyib. Ancaq ötmə əməliyyatını yerinə yetirərkən düzgün mövqe seçməyərək qarşıdan gələn “Mercedes”in yoluna çıxıb. Nəticədə sözügedən qəza baş verib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır”.
banner

Oxşar Xəbərlər