• cümə, 19 Aprel, 07:54
  • Baku Bakı 13°C

Şəmkirdə musiqiçilər qəzaya düşdü

21.06.18 21:22 992
Şəmkirdə musiqiçilər qəzaya düşdü
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qapanlı kəndi ərazisində baş verib. Hərəkətdə olan "VAZ 2106” markalı avtomobilin traktorla toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar musiqiçilərdir. Onlar qız evindən toya gəlin aparmaq üçün gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər