• şənbə, 20 Aprel, 11:21
  • Baku Bakı 14°C

Şəmkirdə hərbçilərin avtobusu aşıb, ölən və yaralananlar var - Yenilənib

19.07.13 14:11 1518
Şəmkirdə hərbçilərin avtobusu aşıb, ölən və yaralananlar var - Yenilənib
Fövqəladə Hallar Nazirliyi hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Əlavə məlumat veriləcək.
16.11

Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər