• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

17.08.19 21:15 3081
Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ş.Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki daha bir evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

banner

Oxşar Xəbərlər