Şəmkir sakini arvadını görünməmiş üsulla öldürüb

Şəmkir sakini arvadını görünməmiş üsulla öldürüb

Kriminal
26 Sentyabr 2012, 18:41 1323
Sentyabrın 25-də Şəmkir rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Publika.az-ın əldə etdiyi məlumata görə, Şiştəpə kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Niyaməddin Qədir oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Bəsti Vaqif qızını qısqanclıq zəminində öldürüb və onların 5 azyaşlı övladı yetim qalıb.
Məlumata görə, dünən saat 23:30 radələrində 34 yaşlı N.Məmmədov Şiştəpə kəndindəki evinin həyətində 29 yaşlı həyat yoldaşını maşına mindirərək çıxıb. O, planlaşdırdığı cinayətin uşaqların gözü qarşısında baş verməsini istəməyib və özünə məxsus “Mazda” markalı avtomobili kənddən 1 kilometr uzağa sürüb. Burada N.Məmmədov maşını saxlayıb və həyat yoldaşını düşürərək onu yumruq-təpiklə döyməyə başlayıb. B.Məmmədovanı huşsuz vəziyyətə saldıqdan sonra isə 34 yaşlı kişi maşınla dəfələrlə onun üstündən keçib.
Maraqlısı odur ki, N.Məmmədov arvadını amansızlıqla öldürdükdən sonra onun meyitini maşına qoyub və Şəmkir şəhər Mərkzi Xəstəxanasına gətirib. Burada o, meyiti xəstəxananın morquna təhvil verib. Daha sonra isə B.Məmmədov rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla əlaqədar cinayət işi başlanılıb.