AZE | RUS | ENG |

“Şəminin pulu var deyə ona yaltaqlanıram” – Şou-biznes

“Şəminin pulu var deyə ona yaltaqlanıram” – Şou-biznes
Ramil Babayev: “Şöşü obrazının sevilməsini istəmirdim”


Bu gün sizə təqdim edəcəyimiz şou ulduzu hər kəsin, eləcə də gənclərin sevimli qəhrəmanı olan “Bozbash picture”-nin Şöşüsü aktyor Ramil Babayevdir. Bildiyiniz kimi yaradıcı kollektiv yeniliyə imza atmaq üçün “Bozbash Picture”adlı film çəkilişlərinə başlayıb. Sözügedən film Mart ayında tamaşaçıların görüşünə gələcək.

Ramil Babayev bizimlə söhbətində serialın sevimli qəhrəmanı olan Şəmi ilə fəxr etdiyini bildirdi.

- “My name İntiqam”, “Xoxan” filmlərindən sonra çəkilən “Bozbash picture” tamaşaçılara hansı yeniliklər vəd edir?
- Filmin nümayişinin mart ayında nəzərdə tutulub. Adından da göründüyü kimi film komediya janrındadır. Film barədə öncədən heç bir məlumat verə bilmərəm. Bircə onu deyə bilərəm ki, “Bozbash Picture” 4-K üslubunda çəkilir ki, bu da ən keyfiyyətli format deməkdir. Filmin ssenarisi tamamilə fərqlidir. Sizi əmin edə bilərəm ki, bizim hazırladığım bu film heç də Hollivudun çəkdiklərindən geridə qalmayacaq. Tamaşaçılar həftəlik nümayiş olunan “Bozbash Pictures”-in serialından tamamilə fərqli bir ssenari ilə rastlaşacaqlar. Bu film serialdan 20 dəfə artıq və gülməlidir. Əlavə personajlar çoxdur. Çəkilişlər Gürcüstanda, Bakıda və müxtəlif ərazilərdə aparılıb. Əlavə olaraq onu bildirim ki, filmdə Gürcüstanın tanınmış aktrisası da iştirak edir.

- İki komediya filminə baxmışıq, üçüncüsü də yoldadır. Hesab edirsinizmi ki, sizin çəkdiyiniz film onların hər ikisindən daha gülməli olacaq?
- Biz onların ikisinə də baxdıq və çox bəyəndik. Mənə elə gəlir ki, bizim ssenari və çəkiliş sistemimiz onların hər ikisindən də güclüdür. Öz çəkdiyimiz film olduğuna görə tərifləmirəm. Bizim xərclədiyimiz büdcə də onlardan qat-qat üstündür. Onlar bizim dostumuz, qardaşımızdır. Ancaq reallıq budur ki, bizim filmimiz daha yaxşıdır.

- Şöşü obrazı qısa zamanda çox sevildi. Bu obrazın timsalında tamaşaçılara hansı mesajı ötürməyə çalışırsınız?
- Bizim bütün obrazlarımızın əsas səbəbi odur ki, onlar bizdə olan səhvləri görüb, ondan dərs götürsünlər. Qoy görsünlər ki, həyatda belə insanlar var və bu tip hərəkət etmək kənardan necə görünür, insanı hansı həddə çatdırır. Bu obrazların sayəsində tamaşaçı özünə kənardan baxa bilir. Bildiyiniz kimi bizim yaratdığımız obrazların hamısı “qıjı” personajlarıdır. Onlar oxumamış, ali təhsilsiz, heç bir iş bacarmayan rayon uşaqlarıdır. Nəsə etməyə çalışsalar da bu onlarda heç cür alınmır. Bu tip insanlar dövrümüzdə çoxluq təşkil edir. Çalışırıq ki, insanlara gülüş bəxş edək. Bu niyyətimizə nə qədər nail oluruq, onu deyə bilmərəm.

- Bildiyimiz qədər, “Bozbaş Pictures”in yaranmasında əməyi olan ilk insan sizsiz?
- Bəli, “Bozbaş Pictures”i İlkinlə mən yaratmışam. Adı əvvəl “Bozbaş Pictures and Noxud Production” idi (gülür). Sonra ad çox uzun olduğundan qısaltdıq, elə “Bozbaş Pictures” qaldı. Yadıma gəlir ki, ATV-nin 5 yaşı olanda İlkinlə mən fikirləşdik ki, nəsə bir videoçarx hazırlayaq. İlkinə bığ qoyduq, mən də guya “106 house” (o vaxt belə bir veriliş var idi) verilişinin aparıcısıyam, İlkin də müğənnidir, mənim qonağımdır. Elə ilk dəfə Şəmi adı oradan yarandı, İlkinə dedim: “Adınız nədir?” O da özündən: “Şəmi”, - dedi. Elə o vaxtdan da Şəmi qaldı. Sonra bunu ad günündə təqdim etdik, hər kəs güldü, bəyəndi. Rəhbərlik dedi ki, bəs bunu davam edin. Biz də davam etdirdik. Sonra fikirləşdik ki, Şəminin xalası oğlu olum və Şəmiyə uyğun Şöşü adını qoyduq. Bu söhbət olub 2002-ci ildə, biz də o vaxtdan elə Şəmi, Şöşü kimi davam etdik. Təbii ki, sonradan digər obrazlarımız yarandı: Fəlakət, Ağsaqqal, indi Şirin, Əzəmət (gülür).

- Ramil bəy, çəkdiyiniz serial gənclərin daha çox marağını çəkir desək yəqin ki yanılmarıq.
- “Bozbash picture” nəinki gənclər, bütün yaş qrupları tərəfindən sevilir. Yaşlılar da bizim filmimizi sevir. Onlar sadəcə bunu dilə gətirməkdən utanırlar. Biz rayonlara gedəndə görürük ki, bizim personajlara qarşı necə böyük məhəbbət və sevgi var. Hansısa bir yaşlı adam bizə yaxınlaşıb söyləyir ki, övladım sizinlə şəkil çəkdirmək istəyir. Biz hiss edirik ki, onun özü də bizimlə şəkil çəkdirmək istəsə də bunu dilə gətirməkdən çəkinir. Böyüklər bizi izlədiklərini və sevdiklərini dilə gətirməyə utanırlar.

- Maraqlıdır, Şöşü sözünün mənası nədir?
- Şöşü mənim adımın qısaldılmış formasıdır. Şəmi- Şəmsəddin, Şöşü da Şöhrət deməkdir. Bizdə hər hansı adı əzizləmək üçün onu kiçildib qısaldaraq deyirik. Bu adda da belə yarandı. Əzizləmə mənasında adları qısaldıb belə qoymuşuq.

- Şöşü obrazının bu qədər seviləcəyinə inanırdınızmı?
- Sözün düzü bu obrazın çox sevilməyini heç arzulamamışam da. Mən İncəsənət Universitetini bitirməmişəm, ali təhsilim belə yoxdur. Qismət elə gətirdi ki, bu obrazım sevildi və biz işimizi davam etdirdik. İstəmirdim ki, məni belə tanısınlar. Mənim fikrimcə, bu, elə də yaxşı hal deyil.

- Yaratdığınız Şöşü obrazı nə üçün Şəmiyə bu qədər yaltaqlanır?
- Çünki biz xalaoğluyuq, bizim işimiz bir-birimizdən keçir. O məndən böyükdür deyə ona yaltaqlanıram. Daha doğrusu Şəminin pulu var deyə ona yaltaqlanıram. Xalqımızda belə adətlər çoxdur. Kimin pulu varsa, ona daha çox yaltaqlanmağa cəhd göstəririk. Biz də yaratdığımız obrazlarda bunu daha ön plana çıxarmağa çalışmışıq.

- Şəmi kimi xalanız oğlunun olduğuna görə heç xəcalət çəkmisiniz?
- Əksinə, mən fəxr edirəm ki, mənim Şəmi kimi xalam oğlu var.

Xəyalə RəisŞou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes"> Şou-biznes">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056