• çərşənbə, 24 Aprel, 03:35
  • Baku Bakı 14°C

“Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir”

25.07.14 14:51 2419
“Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir”
Araz Radiosu Azərbaycan Maarifçi Gənclər təşkilatı Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səmərəli asudə vaxt – sağlam gənclik deməkdir” adlı layihə hazırlayıb.
Müasir Azərbaycan gəncinin asudə vaxtı varmı? Əgər varsa o bu vaxtı necə və harada keçirir? Əslində asudə vaxtla bağlı çox sual var və bu sualları tanınmış jurnalist Günay Malikqızı öz maraqlı qonaqlarına ünvanlayıb. Araz FM 103.3 dalğasında 10 gün ərzində efirə gedən proqramın əsas mövzusu gənclərin səmərəli asudə vaxtı olub. Qonaqlar, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Faiq Qürbətov, Gənclər Təşkilatı Milli Şurasının sədri Şahin Seyidzadə, “Əli və Nino” Kitab evinin rəhbəri Nigar Köçərli, ASSA-Jurnalistika məktəbinin rəhbəri İlhamə Novruzova, aktyor, rejissor, şən və hazırcavab Bəhram Bağırzadə, tanınmış jurnalistlər Yaqut Tapdıqqızı və Namiq Əliyev, kitabxana.net portalının rəhbəri yazıçı-kulturoloq Aydın Xan, ATİ-nin Tələbə Gənclər Təşkilatlarının sədri Ağamir Ağamirov, tanınmış dizayner Ləman Əsgərova, Şamaxı Astrofizika Rəsədxanasının gənc alimi, Tusi Bohm Planitariumun rəhbəri Famil Mustafa, Azərbaycan Tələbələr Birliyinin sədri, Elvin Aslanov, psixoloq Fidan Azər qızı asudə vaxti maraqlı təşkil etməyə dair təcrübələri ilə bölüşdülər. Əylənərək həm də öyrənmək imkanı verən asudə vaxtın düzgün formalaşmasının vacibliyindən danışıblar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər