• cümə axşamı, 18 aprel, 19:50
  • Baku Bakı 21°C

Səmədov Şeydayein yanına gedir

07.01.19 12:10 571
Səmədov Şeydayein yanına gedir
Rusiyanın "Spartak" klubundan ayrılan Aleksandr Səmədov karyerasını "Krılya Sovetov"da davam etdirəcək.
Kaspi.az xəbər verir ki, Samara təmsilçisinin rəsmisi Aleksandr Şikunov açıqlama verib. O, 35 yaşlı yarımmüdafiəçi ilə bütün məsələlərdə razılığa gəldiklərini bildirib:
"Onun da, bizim də birgə işləmək istəyimiz var. Demək olar ki, bütün məsələlərdə anlaşdıq. Danışıqları uğurla apardıq. Məsələ yaxın vaxtlarda rəsmiləşəcək".
Hazırda "Krılya Sovetov"da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də çıxış edir. Səmədovun keçidi rəsmiləşsə, o, Şeydayevlə komanda yoldaşı olacaq.
Qeyd edək ki, "Spartak" Aleksandr Səmədovla müqaviləni qarşılıqlı razılıq əsasında pozub. "Krılya Sovetov" Rusiya Premyer Liqasında 16 turdan sonra 13-cü pillədə qərarlaşıb.
banner

Oxşar Xəbərlər