• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Səməd Seyidov: Türkiyə hal-hazırda ən çətin missiyanı həyata keçirir

27.01.18 15:30 1367
Səməd Seyidov: Türkiyə hal-hazırda ən çətin missiyanı həyata keçirir
Türkiyə hal-hazırda ən çətin missiyanı həyata keçirir.
Trend-in Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti, millət vəkili Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, Türkiyə yalnız özü üçün deyil, bütün dünya üçün, Avropa üçün savaşır.
Millət vəkilinin sözlərinə görə, Türkiyənin həyata keçirdiyi "Zeytun Budağı” adlı hərbi əməliyyatlar PKK və İŞİD terrorçularına qarşıdır:
"Türkiyənin həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı nə işğaldır, nə də təcavüzdür. Bu əməliyyat terrorçuların təmizlənməsi üçün aparılır”.
Türkiyə-Azərbaycan əlaqələrinə münasibət bildirən S.Seyidov qeyd edib ki, Türkiyə ilə Azərbaycan iki qardaş ölkədir:
"Türkiyə bizim döyünən ürəyimizdir. Türkiyənin hər bir problemi bizim də problemimizdir, sevinci sevincimiz, kədəri kədərimizdir”.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.
R.T.Ərdoğan qeyd edib: "Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi "Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

banner

Oxşar Xəbərlər