AZE | RUS | ENG |

Səməd Seyidov: Ermənistanın AŞ PA-dakı nümayəndələrinin Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır

Səməd Seyidov: Ermənistanın AŞ PA-dakı nümayəndələrinin Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır
Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) mövcud nümayəndə heyətinin üzvlərinin baş nazir Nikol Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb: "Həmin deputatlar da çalışırlar ki, hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır”.

S.Seyidov bildirib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti bəyanat verib, bəyanatda tamamilə məntiqsiz fikirlər mövcuddur.

Komitə sədri əlavə edib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar: "Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə də nüfuzdan düşəcəyinin canlı şahidi olacağıq”.

S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnəmələr qəbul edib və heç kəs bunu inkar edə bilməz.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000