• cümə axşamı, 25 aprel, 21:40
  • Baku Bakı 21°C

Səməd Seyidov: "Bu sanksiya Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət edir"

16.05.18 17:22 901
Səməd Seyidov: "Bu sanksiya Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət edir"
"Azərbaycan nümayəndə heyətini heç kimAvropa ŞurasıParlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki quruma nümayəndə heyətin Azərbaycan özü müəyyən edir”.

APA-nın məlumatına görə, bunu AzərbaycanMilli MəclisininAŞPA-da nümayəndə heyətinin rəhbəriSəməd Seyidovona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: "Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.

S. Seyidov bildirib ki,AŞPA-nın müvafiq qurumunda Ermənistana qarşı fərqli münasibət var: "Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə,AŞPAiçində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar AzərbaycanıAŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.
banner

Oxşar Xəbərlər