• çərşənbə, 24 Aprel, 05:52
  • Baku Bakı 14°C

Səməd Seyidov: “Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil”

05.12.17 14:30 1726
Səməd Seyidov: “Azərbaycan Avropa İttifaqına inteqrasiyanın tərəfdarı deyil”
"Azərbaycan Avropa İtifaqına inteqrasiyanın deyil, bu birliklə qarşılıqlı faydalı əməkdaşlıq etməyin tərəfdarıdır”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunuMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovdeyib.
O bildirib ki, hər hansı birliyə inteqrasiya ölkənin müqəddəratını həmin təşkilata həvalə etmək deməkdir: "Azərbaycan çoxtərəfli münasibətləri inkar etmir. Biz də nə vaxtsaAvropa İttifaqıilə müqavilə imzalayacağıq. Lakin bu gün bizim əsas prioritetimiz strateji əməkdaşlığı genişləndirməkdir. Gələcəkdə isəAvropa İttifaqıilə münasibətləri çox ciddi təhlil edəndən sonra bu təşkilatla Azərbaycanın maraqlarına uyğun hər hansı bir saziş imzalanacaq”.
banner

Oxşar Xəbərlər