• şənbə, 20 Aprel, 15:38
  • Baku Bakı 23°C

Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

09.06.18 13:55 621
Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək
"Avropa ŞurasıParlament Assambleyasının yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kini mən də iştirak edib öz mövqeyimi bildirəcəm”.
APA-nın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında AzərbaycanınAvropa ŞurasıParlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəriSəməd Seyidovbildirib.
S. Seyidov deyib ki,AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: "Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyimizi bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz.AŞPA-da bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərəkAŞPA-dan üz döndərək. Başa düşmürlər ki, bizAŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq”.
banner

Oxşar Xəbərlər