• çərşənbə axşamı, 19 mart, 06:39
  • Baku Bakı 8°C

Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"

25.06.18 19:06 563
Səməd Seyidov: "AŞPA-nın islahatlara ehtiyacı var"
"Cənub Qaz Dəhlizi,TANAP, Bakı-Tiblisi-Qars dəmiryolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyət var".

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, bunu AzərbaycanMilli MəclisininAŞPA-da nümayəndə heyətinin rəhbəriSəməd Seyidovqurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlıAŞPAmüşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.

"Biz çox güclü, müstəqil dövlətik və demokratiya yolunda irəliləməkdə qərarlıyıq. Bizim bir- birimizi eşitməyə ehtiyacımız var. Bu dediklərim Azərbaycanı anlamaq üçün bir imkandır.AŞPA-nın özünün islahatlara ehtiyacı var", - deyə S. Seyidov bildirib.
Milli MəclisininAŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda seçkilərdə şəffaflığın təmin olunması üçün hər şey edilib: "Gəlin, qərarımızda daha ədalətli olaq. İnsanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək”,- deyə S. Fətəliyeva qeyd edib.
banner

Oxşar Xəbərlər