• cümə, 19 Aprel, 05:51
  • Baku Bakı 18°C

Səməd Səmədov: “Onlarla heç vaxt barışmayacam“

18.11.13 15:58 1487
Səməd Səmədov: “Onlarla heç vaxt barışmayacam“
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “ATV maqazin” verilişinə açıqlamasında deyib. S.Səmədov ondan xəbərsiz mahnı yazdırıb, klip çəkdirən qrup üzvlərini heç vaxt bağışlamayacaq:
“Onlarla yollarımı ayırdım. Məndən icazəsiz klip çəkib studiyada mahnı yazırlarsa, bu, saymazlıqdır. Onlarla heç vaxt barışmayacam. Yenə də uğurlar arzulayıram. Onsuz da, haraya getsələr, "Qismət" deyəndə ağla ilk olaraq mənim adım gələcək”.
Qrup üzvləri isə özlərini haqlı çıxarmağa çalışıblar:
“Səməd Səmədov həmişə deyirdi ki, məndən ayrı da mahnı yazdırın. Bütün xalq artistləri gənclərə dəstək olmalıdırlar. Səməd bəy də bizə kömək oldu. İndi bizim dövranımızdır”.
banner

Oxşar Xəbərlər