• cümə axşamı, 28 mart, 14:50
  • Baku Bakı 16°C

Səməd Behrəngi ədəbi müsabiqəsi başlanıb

31.03.14 13:19 1503
Səməd Behrəngi ədəbi müsabiqəsi başlanıb
Azərbaycan Yazıçılar Birliyi ilə Diasporla iş üzrə Dövlət Komissiyasının ortaq layihəsi olan litdiaspora.az saytının təsis etdiyi “Səməd Behrəngi”ədəbi mükafatına əsər qəbulu başlandı. Müsabiqədə Bütöv Azərbaycan, bütövlük ideyaları işıqlandırmaq şərtiylə beş nominassiyada qaliblər müəyyən ediləcək. Nominassiyalar ən yaxşı şair, ən yaxşı hekayə, ən yaxşı publisitik məqalə, esse və araşdırmadan ibarətdir.
Mükafatın təşkilat komitəsindən Modern.az-a verilən məlumata əsasən əsərlərin təqdimatı mayın 15-də sona çatacaq. Hər nominasiyada ilk iki yeri tutan iştirakçılara planşet hədiyyə olunacaq.
banner

Oxşar Xəbərlər