Səma mələyi...
... O qız çox gözəl idi. Allah onu, elə bil xoş
saatında yaratmışdı. Bütün məharətini, sevgisini, sanki bu qızın gözəlliyinə həsr etmişdi. Uzun
boyu, cazibədar görkəmi, bir baxışıyla ürəklərə dərd salan iri, qara gözləri,
alqırmızı dodaqları, alma kimi qıpqırmızı yanaqları, dağ çayı kimi şırım-şırım
şırımlanıb kürəyinə səpələnən gur, qara saçları o qızı göydən enmiş bir səma mələyinə bənzədirdi. Onu görən kişilər
evləndikləri qadınları sarıdan nə qədər bədbəxt olduqları barədə düşünürdülər.
Bu xəbər İradənin dərdindən ölənlər üçün elə də bəd xəbər olmadı. Amma İradə üçün bu xəbər dünyanın sonu kimi göründü... Sevdiyi bir adamın bu hala düşməsi qızın dünyasını alt-üst etdi. O, bütün varlığıyla ağrı içərisindəydi.
Camalın aparılmadığı xəstəxana, göstərilmədiyi həkim qalmadı. Hara apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Camalın ömürlük şikəst qalacağını söyləyirdilər.
Qızın bu sözlərindən sonra hamı susdu... Təkcə İradənin anasının, əllərini ağzına təpərək, sevimli qızının gələcək bədbəxt taleyi üçün hıçqırtıyla ağlayaraq, fəryad qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan gün dəvət olunan qonaqlar hamısı toyda iştirak edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə yanaşı duran bu məğrur qızın sevgisi lap filmlərdəki kimi hamını kövrəltmişdi. Göz yaşlarını saxlaya bilməyənlər də vardı. Amma ağ gəlinlik paltarında, su sonası kimi görünən İradə çox xoşbəxt görünürdü.
Bir addım belə ata bilməyən Camal, ömrünü, gününü əlil arabasına, bir də onu canından çox sevən İradənin qayğısına bağladı. - Sevgi, istək olan yerdə əlil arabası dünyanın möhtəşəm saraylarından da uca və rahat görsənir adama, - deyirdi Camal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb, keçən illər insanlara çox şeyləri unutdurdu. Təkcə, İradə bu həyatın hər ilini, hər gününü və hər dəqiqəsini əlil arabasında ömür sürən həyat yoldaşı ilə birgə yaşadı. Bu illər ərzində həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini, hətta qadınlığını da əlindən alsa da, bircə iradəsini sındıra bilmədi, sevgisini əlindən ala bilmədi. O, xoşbəxtliyini sevdiyi adamın yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı yaşamaqda tapdı... Amma çoxlarının yaşaya bilməyəcəyi ağrılı bir ömür bahasına...
İradənin qurup yoldaşları hər il may ayında bir yerə toplaşar və keçmiş tələbəlik illərini yada salardılar. Bu görüşdə, təkcə İradə ilə Camal iştirak edə bilmirdilər. Xəbər-ətər tutanda da, bildirirdilər ki, bu halımızla sizi narahat etmək istəmirik.
Hamı bu təkliflə razılaşdı. Vaxt təyin olunan gün keçmiş tələbə dostları yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə də Camalın xəbəri yox idi. Dostları bu gözlənilməz görüşü onlar üçün bir sürpriz etmək istəyirdilər.
Hamı ayaq saxladı. Həmin adam barmağını onlardan on beş-iyirmi metr kənarda göy-göyərti satan bir qadına tuşlayıb dedi: – Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdılar. Uşaqların çoxu onu tanıdı, tanımayanlar isə bir qədər keçəndən sonra həmin qadının İradə olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı görünən İradənin bu halı hamının ürəyini ağrıtdı. Onlardan kim isə, tam yəqinlik etmək üçün yaxınlıqda şor, pendir satan yaşlı qadından soruşdu:
- Xala, o qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini gözünün üstünə qoyub, deyilən tərəfə baxdı və:
- Əlbəttə, tanıyıram. Bədbəxt İradədir də. Əri şikəstdir, araba möhtacıdır. İnstitutu qurtarıb e... Mən şor, pendir satıram, o da göy-göyərti. Daş belə dünyanın başına düşsün, görüm, – deyə yaşlı qadın gileyləndi. – Amma bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə? Adam ona baxanda ağzının suyu axırdı. İndi də çox mərifətli gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər istəyirik. Tikansız adamdır. Adamın belə gəlini ola, yoxsa mənim sırtıq gəlinlərim kimi... Ərləri yağ-böyrək içində onları saxlayır, onlar da məni bazarda, bu toz-torpağın içində oturdurlar. Evə dönəndən sonra da, qulluqçu kimi onların zir-zibillərini təmizləyirəm, – deyə yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Yoldan keçənlərin birindən soruşdular.
- Xəstə, çolaq Camalımı deyirsiniz? - deyə, həmin adam suala sualla cavab verdi. Sonra sualının cavabını gözləmədən:
- Camalgilin yaşadığı ev, qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Camalın həyat yoldaşı İradə xanım bazarın girəcəyində göy-göyərti satır. İstəyirsiniz ona xəbər edim gəlsin, Camalgilin bizə qohumluğu çatır, - deyə həmin adam əlavə etdi.
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə xanımı narahat etməməyi qərara aldılar.
- Bəli, bizim evimizdir! - dedi.
- Siz Camalın nəyisiniz? - deyə qonaqlardan kimsə soruşdu.
- Qızıyam! - deyə o, gülümsədi.
– Ananız da İradə xanımdır? - deyə qadınlardan biri soruşdu.
- Elədir, anam da İradədir! - deyə qız dilləndi. Sonra o, qapıdan bir azca aralı çəkilib:
– Buyurun, içəri keçin, niyə qapıda dayanmısınız? - deyə yaşına uyğun olmayan bir ərkyanalıqla dilləndi.
Camal hamıyla bir-bir əl tutub, qucaqlaşıb görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
- Keçin, həyətə... Bu lap gözlənilməz oldu ki... Kaş, xəbər edəydiniz. Adam belə qəfil gəlməz, axı... Siz məni lap dəli etdiniz. Özümü tamam itirmişəm. Bu necə oldu, gərək xəbər edəydiniz? Sonra o kənarda dayanan qızına üzünü tutub:
- Qızım, yuxarıdan stulları gətir aşağı... – Xahiş edirəm, oturun, bu dəqiqələrdə İradə də gəlməlidir. Evə bazarlıq etmək üçün dükan, bazara gedibdir... Ürəyimə danmışdı ki, bu gün nə isə bir hadisə baş verəcəkdir. Görürsünüz, baş verdi də... Bundan da böyük hadisə... Hə yaxşı oldu, nə yaxşı siz gəldiniz... Vallah, elə darıxmışdıq ki, sizdən ötəri... – deyə Camal sevindiyindən, həm də həyəcanlandığından bilmirdi ki, nə etsin.
- Sevinc, qızım, qaç ananı çağır... Denən, dostlarımız gəlibdir, tələbə yoldaşlarımız, ha, - denən... – Sizin gəlişinizi bilsə çox sevinəcəkdir. İradə gözəl insandır, çox gözəl, - deyə Camal kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən, qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb yerə düşdü. O tezcə əyilib ayaqqabını yerdən götürdü və qaçaraq getdi...
İradənin qayıtması çox uzun çəkmədi. Həyət qapısından içəri keçib dayandı və bir müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda gördükləri İradə idi, amma indi bir azca fərqli, üst-başına azacıq əl gəzdirmişdi. O, bir müddət beləcə darvazanın yanında donub qaldı.
Dərd-sər unudulmuşdu, hamı deyib, gülür, tələbəlik illərinin unudulmaz xatirələrindən danışırdılar. Camal da çox şən idi, deyib, gülür, işaqlarla zarafatlaşırdı. Hamı Camalı tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o tələbəlik illərinin qəhrəmanı, Ağ atlı oğlan idi. Çünki İradə hamının içindən onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər oğlan idi...
İradə də kövrəlmişdi... O nəzərlərini tələbə yoldaşlarını üzünə dikərək, onların cavanlıq çağlarını xatırlamağa çalışırdı. Ona görə heç nə dəyişməmişdi, sadəcə hamı bir az yaşlaşmış və müdrük görkəmdə idilər. Bircə, onun yaddaşına narahatlıq gətirən əri Camalın oturduğu əlil arabası idi. İradə bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil arabası onların arasında yox idi...
Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrətdolu baxışlarla onları süzdükcə, gözlərindən axan yaş heç kəsin nəzərindən yayınmırdı. Birdən o, titrək əllərini havada yelləyərək, sanki qonaqların nəzərlərini özündə çəmləşdirmək istədi. Hamı susdu. Nəzərlər bu ağbirçək ananın üzərində donub qaldı. O kövrək səslə:
- Ey, adamlar, bu sözümü sizə deyirəm, eşidin... Mən bu yaşa qədər gəldim, amma belə bir qadın görmədim ki, ailəsinə, həyat yoldaşına bu qədər sədaqətli olsun. Heç bir gəlin onun kimi ola bilməzdi. Bu neçə ili o bizim evdə gəlin yox, qulluqçu oldu. Canını, ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz onun çəkdiklərini... O olmasaydı mənim oğlum indi həyatda yox idi. Heç biz də yaşaya bilməzdik. Biz yaşadığımıza, sağ qaldığımıza və bu günümüzə görə İradəyə borcluyuq. - Sizə bir sirr açım! - deyə, arvad üzünü qonaqlara tərəf tutub dedi:
- Gördüyünüz o qız İradənin qızı deyil, böyük oğlumun qızıdır. İradə onu doğulan gündən qızlığa götürübdür. Qohumlarımız və bizi tanıyanlar elə bilirlər ki, o qızın anası İradədir. Qızın özü də elə bilir ki, onun anası İradədir. Bu barədə ona heç kəs bir söz deməyibdir. Amma sizə deyəcəyim sirr bu da deyil... Sirr odur ki, İradənin özü də qızdır... O, bu evə necə qız gəlmişdisə, indinin özündə də o cür qalıb, bakirə olaraq... - Görmüşdük ki, qızlar ata evində qalıb qarıyırlar. İradə isə ər evində qız olaraq qarıdı... Biz onun günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?! – deyə ağbirçək ana hıçqırdı...
Qız
isə, onun dərdindən ölənləri sanki görmürmüş kimi öz sirli, sehrli aləmində
idi. Heç kəsin qəlbinə dəyməz, yan-yörəsində olan, onunla maraqlananlara isə
mehribanlıq göstərərdi. O, gözəl olmaqla
yanaşı, həm də çox ağıllı, qürurlu bir qız idi. Bu xasiyyətinə
görə onu tələbələrin hamısı sevirdi, hətta subay, cavan müəllimlər
də.
Universitetin dördüncü kursunda
oxuyarkən hamını təəccübləndirən bir hadisə baş verdi. Kimsənin yuxusuna belə
girməyən bu hadisə çoxlarının hıçqırığını içində qoydu. İradənin Camal adlı bir
oğlanla görüşdüyü xəbəri yayılanda,
çoxları Allahın bu qıza ağıldan başqa hər şey verdiyinə inanmaq istəyirdi.
İradənin sevib, könül verdiyi Camal adlı oğlan, onu sevənlərin və dərdindən ölənlərin yanında çox aciz və gülməli görünürdü. Yarı-yaraşığı olmayan bu
oğlan, bu hadisəyə qədər heç kəsin diqqətini özünə cəlb etməmişdi. Birdən-birə
belə bir söz-söhbətin yaranması, doğurdan da, çoxlarına qəribə gəldi və Camal
az bir vaxtda barmaqla göstərilən bir adama çevrildi.Dördüncü kursun başa çatmasına az
qalmış İradə ilə Camal nişanlandılar.
Qurbağa gölünə daş atılmış kimi hamı sakitcə öz içinə çəkilərək, bu cütlüyün gələcək
taleyinin necə olacağıyla maraqlanırdılar. Sinələrinə çalın-çarpaz dağ çəkilmiş
İradəni sevənlərin qəlbindən, qəribə də olsa, qara fikirlər keçirdi... Bu fağır və aciz bəndələrin ürəklərindən
keçənləri Allah duyduqca, o da gülümsəyirdi... Çünki Allahın özünün də bu
qızdan xoşu gəlirdi və xoşu gəldiyi bəndəsini də həmişə sınağa çəkər Allah, -
deyirlər.
Bu hadisənin üstündən bir müddət vaxt
keçmişdi, gənclər toya hazırlaşırdılar.
Toy günü də, artıq dəqiqləşdirilmişdi. Elə bu zaman qəribə bir hadisə
baş verdi. Dilbərin könül verdiyi
Camal həyətlərindəki qoz ağacından
yıxılaraq onurğasını qırdı. Bu xəbər İradənin dərdindən ölənlər üçün elə də bəd xəbər olmadı. Amma İradə üçün bu xəbər dünyanın sonu kimi göründü... Sevdiyi bir adamın bu hala düşməsi qızın dünyasını alt-üst etdi. O, bütün varlığıyla ağrı içərisindəydi.
Camalın aparılmadığı xəstəxana, göstərilmədiyi həkim qalmadı. Hara apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Camalın ömürlük şikəst qalacağını söyləyirdilər.
Ümidsizlik ailələri yaman pərişan
etmişdi. Hər iki tərəf məyus idi. Onlar bu ağır hadisənin sonunu ancaq nişanın
qaytarılmasında görürdülər. Hətta, Camalın özü də taleyi ilə barışaraq, nə qədər
ağır da olsa, İradənin başqa birisiylə ailə quraraq xoşbəxt olmasını istəyirdi.
Son söz isə İradənin idi. Onun
atacağı addım bu məsələni kökündən həll edəcəkdi. O, hamıya bu sözləri dedi: –
Mən Camalı sağ-salamat olarkən sevib, ona könül vermişəm. Onu bu vəziyyətdə tərk
edib gedə bilmərəm. Bu mənim üçün böyük bir günah olar. Bu günahımı bundan
sonra heç kimin ocağına, hətta, ölsəm qəbrevimə belə daşıya bilmərəm... Mən həmişəlik onunla, mənim
üçün hamıdan istəkli olan Camalın yanında qalacağıma qərar verirəm!..Qızın bu sözlərindən sonra hamı susdu... Təkcə İradənin anasının, əllərini ağzına təpərək, sevimli qızının gələcək bədbəxt taleyi üçün hıçqırtıyla ağlayaraq, fəryad qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan gün dəvət olunan qonaqlar hamısı toyda iştirak edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə yanaşı duran bu məğrur qızın sevgisi lap filmlərdəki kimi hamını kövrəltmişdi. Göz yaşlarını saxlaya bilməyənlər də vardı. Amma ağ gəlinlik paltarında, su sonası kimi görünən İradə çox xoşbəxt görünürdü.
Vaxtilə İradəni sevənlərdə də toyda
iştirak edirdilər. Onlar özlərini əlil arabasında oturan Camalın yerində hiss
edə bilsələr də, İradənin onların yanında dura biləcəyini təsəvvürlərinə belə gətirə
bilmirdilər. Çünki, o boyda sevgini duymaq onlar üçün, doğurdan da, çox çətin
idi.
Toy günündən sonra İradə Camala həm həyat yoldaşı, həm də
qulluqçusu oldu. Bir addım belə ata bilməyən Camal, ömrünü, gününü əlil arabasına, bir də onu canından çox sevən İradənin qayğısına bağladı. - Sevgi, istək olan yerdə əlil arabası dünyanın möhtəşəm saraylarından da uca və rahat görsənir adama, - deyirdi Camal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb, keçən illər insanlara çox şeyləri unutdurdu. Təkcə, İradə bu həyatın hər ilini, hər gününü və hər dəqiqəsini əlil arabasında ömür sürən həyat yoldaşı ilə birgə yaşadı. Bu illər ərzində həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini, hətta qadınlığını da əlindən alsa da, bircə iradəsini sındıra bilmədi, sevgisini əlindən ala bilmədi. O, xoşbəxtliyini sevdiyi adamın yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı yaşamaqda tapdı... Amma çoxlarının yaşaya bilməyəcəyi ağrılı bir ömür bahasına...
İradənin qurup yoldaşları hər il may ayında bir yerə toplaşar və keçmiş tələbəlik illərini yada salardılar. Bu görüşdə, təkcə İradə ilə Camal iştirak edə bilmirdilər. Xəbər-ətər tutanda da, bildirirdilər ki, bu halımızla sizi narahat etmək istəmirik.
Uşaqlar onları başa düşürdülər və çoxlarına
da elə gəlirdi ki, İradə utandığından onlarla görüşmək istəmir. Necə olsa axı,
heç kəsi bəyənməyən bir qıza, indi əlil arabasında, vaxtilə hamıdan üstün
tutduğu birisini öz əlləriylə ora-bura
sürümək utanc gətirirdi, - düşünürdülər.
İradə isə susaraq öz ağrılı həyatını yaşayırdı.
Onun çəkdiklərini özü kimi heç kəs duya bilməzdi, Çünki özgə ölüsü adama
yatmış kimi görünür, - deyirlər.
Tələbə yoldaşları ali məktəbi bitirməyin
30 illiyinə hazırlaşırdılar. Kim isə təklif etdi ki, budəfəki görüşü şəhərdə deyil, İradə ilə Camalın
yaşadığı rayonda keçirsinlər. Zarafat
deyil, otuz ildən bəri görmədikləri dostları üçün bu gözlənilməz
və sevindirici bir hadisə olacaqdı, uşaqlar düşündülər. Hamı bu təkliflə razılaşdı. Vaxt təyin olunan gün keçmiş tələbə dostları yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə də Camalın xəbəri yox idi. Dostları bu gözlənilməz görüşü onlar üçün bir sürpriz etmək istəyirdilər.
Hər şey məxfi şəkildə hazırlanmşdı.
Onların gəlişindən heç kəs xəbər tutmamalıydı.
İradəgilin yaşadığı rayona
çatanda uşaqlar mer-meyvə almaq üçün qəsəbənin
bazarına daxil oldular. Bazarın girəcəyində
uşaqlardan kim isə əlini
dodaqlarının üstünə qoyub; - Bir dəqiqə ayaq saxlayın! - dedi. Hamı ayaq saxladı. Həmin adam barmağını onlardan on beş-iyirmi metr kənarda göy-göyərti satan bir qadına tuşlayıb dedi: – Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdılar. Uşaqların çoxu onu tanıdı, tanımayanlar isə bir qədər keçəndən sonra həmin qadının İradə olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı görünən İradənin bu halı hamının ürəyini ağrıtdı. Onlardan kim isə, tam yəqinlik etmək üçün yaxınlıqda şor, pendir satan yaşlı qadından soruşdu:
- Xala, o qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini gözünün üstünə qoyub, deyilən tərəfə baxdı və:
- Əlbəttə, tanıyıram. Bədbəxt İradədir də. Əri şikəstdir, araba möhtacıdır. İnstitutu qurtarıb e... Mən şor, pendir satıram, o da göy-göyərti. Daş belə dünyanın başına düşsün, görüm, – deyə yaşlı qadın gileyləndi. – Amma bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə? Adam ona baxanda ağzının suyu axırdı. İndi də çox mərifətli gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər istəyirik. Tikansız adamdır. Adamın belə gəlini ola, yoxsa mənim sırtıq gəlinlərim kimi... Ərləri yağ-böyrək içində onları saxlayır, onlar da məni bazarda, bu toz-torpağın içində oturdurlar. Evə dönəndən sonra da, qulluqçu kimi onların zir-zibillərini təmizləyirəm, – deyə yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Uşaqlar gördükləri mənzərədən heyrətə
gəlmişdilər. Qarşısına bir yığın göy-göyərti
töküb satan qadının vaxtilə gözəlliyi dillərdə dastan olan İradənin
olduğuna heç kəsin inanmağı gəlmirdi. Həyat onun gözəlliyinin üstündə elə bir xəzan
yeli əsdirmişdi ki, o gözəllikdən indi əsər-əlamət belə qalmamışdı.
Uşaqlar qərara gəldilər ki, İradənin
bu halında ona yaxınlaşmaq, onu utandıra bilərdi. Ona görə də, tezcə oranı tərk
edib uzaqlaşdılar. Və qərara gəldilər ki, Camalın yaşadığı evi axtarıb
tapsınlar. Yoldan keçənlərin birindən soruşdular.
- Xəstə, çolaq Camalımı deyirsiniz? - deyə, həmin adam suala sualla cavab verdi. Sonra sualının cavabını gözləmədən:
- Camalgilin yaşadığı ev, qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Camalın həyat yoldaşı İradə xanım bazarın girəcəyində göy-göyərti satır. İstəyirsiniz ona xəbər edim gəlsin, Camalgilin bizə qohumluğu çatır, - deyə həmin adam əlavə etdi.
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə xanımı narahat etməməyi qərara aldılar.
Camalgilin evinin
darvazasını döyəndə, qapıya on
üç-on beş yaşlarında bir qız çıxdı. Qız çox yaraşıqlı və gözəl idi. Eynən İradənin gəncliyindəki gözəlliyi
kimi.
- Bura Camalın evidirmi?! - sualına,
qız adamların çoxluğundan qorxmuş kimi,
bir-iki addım geri çəkilərək:- Bəli, bizim evimizdir! - dedi.
- Siz Camalın nəyisiniz? - deyə qonaqlardan kimsə soruşdu.
- Qızıyam! - deyə o, gülümsədi.
– Ananız da İradə xanımdır? - deyə qadınlardan biri soruşdu.
- Elədir, anam da İradədir! - deyə qız dilləndi. Sonra o, qapıdan bir azca aralı çəkilib:
– Buyurun, içəri keçin, niyə qapıda dayanmısınız? - deyə yaşına uyğun olmayan bir ərkyanalıqla dilləndi.
Qonaqlar həyətə keçəndə, Camalı əlil
arabasında həyətdəki çardağın altında gördülər. O bayaqdan qapıya tərəf
boylanırdı. Qonaqları görəndə, əvvəlcə təəccübləndi, sonra isə uzun illər
bundan qabaq gördüyü insanları tanıyanda, sevindiyindən uşaq kimi qışqırdı:
-
Ooo!.. Gör kimlər gəlib? Bu nədir, İlahi, yoxsa məni qara basır? Gözlərimə
inana bilmirəm ki, bu sizsiniz. Xoş gəlmisiniz, buyurun həyətə, buyurun. Sonra o, əlləriylə oturduğu əlil arabasının təkərlərini
hərlədərək qonaqlara tərəf sürdü. Camal hamıyla bir-bir əl tutub, qucaqlaşıb görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
- Keçin, həyətə... Bu lap gözlənilməz oldu ki... Kaş, xəbər edəydiniz. Adam belə qəfil gəlməz, axı... Siz məni lap dəli etdiniz. Özümü tamam itirmişəm. Bu necə oldu, gərək xəbər edəydiniz? Sonra o kənarda dayanan qızına üzünü tutub:
- Qızım, yuxarıdan stulları gətir aşağı... – Xahiş edirəm, oturun, bu dəqiqələrdə İradə də gəlməlidir. Evə bazarlıq etmək üçün dükan, bazara gedibdir... Ürəyimə danmışdı ki, bu gün nə isə bir hadisə baş verəcəkdir. Görürsünüz, baş verdi də... Bundan da böyük hadisə... Hə yaxşı oldu, nə yaxşı siz gəldiniz... Vallah, elə darıxmışdıq ki, sizdən ötəri... – deyə Camal sevindiyindən, həm də həyəcanlandığından bilmirdi ki, nə etsin.
Qonaqlar yerbəyer olub rahatlandılar. Camalın anası da
həyətə düşüb qonaqlarla bir-bir görüşdü, onlara "xoşgəldin” dedi.
Arvadın sevincindən rəngi-ruhu tamam ağarmışdı. Göz yaşlarını saxlaya
bilmirdi.
Sonra Camal qızına tərəf dönüb:- Sevinc, qızım, qaç ananı çağır... Denən, dostlarımız gəlibdir, tələbə yoldaşlarımız, ha, - denən... – Sizin gəlişinizi bilsə çox sevinəcəkdir. İradə gözəl insandır, çox gözəl, - deyə Camal kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən, qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb yerə düşdü. O tezcə əyilib ayaqqabını yerdən götürdü və qaçaraq getdi...
İradənin qayıtması çox uzun çəkmədi. Həyət qapısından içəri keçib dayandı və bir müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda gördükləri İradə idi, amma indi bir azca fərqli, üst-başına azacıq əl gəzdirmişdi. O, bir müddət beləcə darvazanın yanında donub qaldı.
Sonra əlləriylə üzünü qapayaraq hönkürdü.
Gələn qonaqların hamısı ayağa qalxıb,
ona tərəf irəlilədilər. İradə bir-bir onlarla qucaqlaşıb görüşdü. Bəzi dostlarının adını səhv saldığına, yaxud
da unutduğuna görə təkrar-təkrar onlarla
görüşüb, üzrxahlıq edirdi. Neynəsin,
zarafat deyil, son görüşün üstündən nə
az, nə çox, düz otuz il bir vaxt
keçmişdi... Dərd-sər unudulmuşdu, hamı deyib, gülür, tələbəlik illərinin unudulmaz xatirələrindən danışırdılar. Camal da çox şən idi, deyib, gülür, işaqlarla zarafatlaşırdı. Hamı Camalı tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o tələbəlik illərinin qəhrəmanı, Ağ atlı oğlan idi. Çünki İradə hamının içindən onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər oğlan idi...
İradə də kövrəlmişdi... O nəzərlərini tələbə yoldaşlarını üzünə dikərək, onların cavanlıq çağlarını xatırlamağa çalışırdı. Ona görə heç nə dəyişməmişdi, sadəcə hamı bir az yaşlaşmış və müdrük görkəmdə idilər. Bircə, onun yaddaşına narahatlıq gətirən əri Camalın oturduğu əlil arabası idi. İradə bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil arabası onların arasında yox idi...
İradənin qaynanası qonaqların gəlişinə
çox sevinirdi. Bayaqdan özünü oda-gözə vuran, bu yaşlı qadın həyət-bacada
dolaşaraq, qonaqlar üçün çay dəmləyir, yemək hazırlayırdı. Aradabir vaxt tapan
kimi özünü onların içərisinə atır və dil-ağız edərək qonaqlara yalvarıb, yaxarırdı.
Yemək yeyilib qurtardıqdan sonra, çay
süfrəsi hazırlandı. İradənin qaynanası Gülzar
arvad, elə bil, bu məqamı gözləyirmiş. Ağbirçək nənənin ürəyi dolu idi,
fürsət gözləyirdi ki, bir-iki kəlmə də o danışsın. Neçə illərdən bəri ürəyində
sirr saxladığı sözləri açıb söyləsin.Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrətdolu baxışlarla onları süzdükcə, gözlərindən axan yaş heç kəsin nəzərindən yayınmırdı. Birdən o, titrək əllərini havada yelləyərək, sanki qonaqların nəzərlərini özündə çəmləşdirmək istədi. Hamı susdu. Nəzərlər bu ağbirçək ananın üzərində donub qaldı. O kövrək səslə:
- Ey, adamlar, bu sözümü sizə deyirəm, eşidin... Mən bu yaşa qədər gəldim, amma belə bir qadın görmədim ki, ailəsinə, həyat yoldaşına bu qədər sədaqətli olsun. Heç bir gəlin onun kimi ola bilməzdi. Bu neçə ili o bizim evdə gəlin yox, qulluqçu oldu. Canını, ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz onun çəkdiklərini... O olmasaydı mənim oğlum indi həyatda yox idi. Heç biz də yaşaya bilməzdik. Biz yaşadığımıza, sağ qaldığımıza və bu günümüzə görə İradəyə borcluyuq. - Sizə bir sirr açım! - deyə, arvad üzünü qonaqlara tərəf tutub dedi:
- Gördüyünüz o qız İradənin qızı deyil, böyük oğlumun qızıdır. İradə onu doğulan gündən qızlığa götürübdür. Qohumlarımız və bizi tanıyanlar elə bilirlər ki, o qızın anası İradədir. Qızın özü də elə bilir ki, onun anası İradədir. Bu barədə ona heç kəs bir söz deməyibdir. Amma sizə deyəcəyim sirr bu da deyil... Sirr odur ki, İradənin özü də qızdır... O, bu evə necə qız gəlmişdisə, indinin özündə də o cür qalıb, bakirə olaraq... - Görmüşdük ki, qızlar ata evində qalıb qarıyırlar. İradə isə ər evində qız olaraq qarıdı... Biz onun günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?! – deyə ağbirçək ana hıçqırdı...
Ananın bu sözləri gələn qonaqların
qulağında ildırım kimi çaxdı. Hamı təəccübdən içini çəkərək, donuq baxışlarla
İradəyə baxırdılar. İradə isə əlil arabasında oturmuş həyat yoldaşına sığınaraq
xəfifcə gülümsəyirdi... O, bu halında elə gözəl görünürdü ki, sanki göylərdən
enmiş bir səma mələyi idi...
Meyxoş Abdullah