AZE | RUS | ENG |

Sem Jan Qaliev: TÜRKSOY-un rolu əvəzedilməzdir

Sem Jan Qaliev: TÜRKSOY-un rolu əvəzedilməzdir
Bu axşam tarixi tədbirdə iştirak edirik. Azərbaycanı, Qazaxıstanı, Türkiyəni, ümumiyyətlə türkdilli ölkələri birləşdirən TÜRKSOY-un 25 illik yubileyidir. Qardaş xalqların birliyidir. Onlar mədəniyyətləri, ənənələrinin oxşarlığı ilə bir-birinə çox yaxındır. Əlbəttə, mədəniyyətlərimiz, ənənələrimiz oxşar olduğu kimi, həm də müxtəlifdirlər. Hər birinin özünəməxsus səciyyəvi xüsusiyyətləri var. Bu müxtəliflikdən ilhamlanırıq. Bu dostluq və qardaşlıq əlaqələrimizi daha da möhkəmləndirməyə töhfə verir.

Bu fikri AZƏRTAC-a müsahibəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi tədbirində iştirak edən Qazaxıstanın Fransadakı səfiri Sem Jan Qaliev söyləyib.

Bu tədbirin UNESCO-da keçirilməsinin böyük əhəmiyyəti var. Çünki TÜRKSOY türk dilli ölkələrin UNESCO-su hesab edilir.

TÜRKSOY-a üzv dövlətlərin rəhbərləri ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi baxımından bu təşkilata böyük önəm verirlər. Mədəniyyətlərimizin, ənənələrimizin qorunub mühafizə edilməsi, beynəlxalq səviyyədə təşviqi, eləcə də ölkələrimizin yaxından tanınması üçün təşkilatın rolu əvəzedilməzdir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202