• şənbə, 20 Aprel, 12:02
  • Baku Bakı 23°C

“Selta”ya baş məşqçi gəldi, “Deportivo”ya minnətdarlıq etdi

14.11.18 10:25 592
“Selta”ya baş məşqçi gəldi, “Deportivo”ya minnətdarlıq etdi
"Selta”nın yeni baş məşqçisi bəlli olub.
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi mətbuat konfransında Migel Kardozunu ictimaiyyətə təqdim edib. Maraqlıdır ki, Kardozu çıxışına başlayarkən səhvə yol verib: "Deportivo” rəhbərliyinə mənə etimad göstərdikləri üçün təşəkkür edirəm”.
O, sonradan səhv etdiyini anlayaraq, üzrxahlıq edib. Kardozu "Selta”da Antonio Məhəmmədi əvəz edib. Antonio "Real”a məğlubiyyətdən (2:4) sonra istefaya göndərilmişdi.
Kardozu 2012/2013 mövsümündə "Deportivo”da məşqçi köməkçisi işləyib.
banner

Oxşar Xəbərlər