• cümə axşamı, 28 mart, 20:49
  • Baku Bakı 13°C

Səlim Müslümov 14 komissiya rəhbərini işdən azad edib, iclasdan qovdu

29.11.13 11:41 1625
Səlim Müslümov 14 komissiya rəhbərini işdən azad edib, iclasdan qovdu
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.
APA-nın xəbərinə görə, iclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın.
Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.
banner

Oxşar Xəbərlər