• cümə, 29 Mart, 19:16
  • Baku Bakı 14°C

Səlim Abbasov Qahirədə ölkəmizi təmsil edib

14.05.18 16:49 984
Səlim Abbasov Qahirədə ölkəmizi təmsil edib
Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxtı Qahirə şəhərində rəsmi ziyafət və konsert proqramı təşkil olunub.
Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin təşkil etdiyi tədbirdə parlamentin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, parlament daimi komissiyalarının sədrləri, deputatlar, xarici işlər naziri, mədəniyyət naziri, turizm naziri, təhsil nazirinin müavinləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan "Azərbaycanın milli paltarları” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Tədbirin konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu tərəfindən mahir şəkildə ifa olunan "Yallı”, "Tərəkəmə”, "Ağ çiçəyim”, "Qaytağı” və "Naz eləmə” rəqsləri ilə davam edib.
Daha sonra əməkdar artist Səlim Abbasovun ifasında populyar Azərbaycan və Ərəb musiqiləri səsləndirilib. İstedadlı kaman ustasının spesifik ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi logosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.
Səfərdən dönən əməkdar incəsənət xadimi Misirin paytaxtı Qahirədə Azərbaycanın Misirdəki Səfirliyi Tural Rzayevin rəhbərliyi ilə keçirilən tədbirlə bağlı danışdı: "Bizi orada çox gözəl qarşıladılar. İfamızla salonda bir coşğu yarandı. Biz də orada repertuarımızda olan ən maraqlı mahnıları ifa etdik və tamaşaçılar tərəfindən də yüksək coşğu ilə qarşılandıq. Qeyd edim ki, Misirdə Azərbaycan səfirliyi çox Azərbaycan adına çox böyük işlər görürlər. Bu da onların vətənə, dövlətə olan sevgisindən irəli gəlir. Onların bizə qarşı göstərdikləri diqqətə görə Tural bəyə və onun həyat yoldaşı Sevinc Rzayevaya təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, əməkdar artist Səlim Abbasovun rəhbərliyi ilə musiqili ansamblı da tədbirdə iştirak edib. Belə ki, əməkdar artisti pianoda Əyyub Yəhyayev, nağarada isə Xəyal Abbasov müşayiət edib.




banner

Oxşar Xəbərlər