• cümə, 29 Mart, 05:29
  • Baku Bakı 7°C

Səlim Abbasov: “2019-cu ili isveçli müğənni ilə “Sarı gəlin” mahnısını oxuyaraq qarşıladıq”

03.01.19 17:47 866
Səlim Abbasov: “2019-cu ili isveçli müğənni ilə “Sarı gəlin” mahnısını oxuyaraq qarşıladıq”
İsveçin paytaxtı Stokholm şəhərində 31 dekabr-Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş möhtəşəm konsert keçirilib.
Konsertdə iştirak edən Əməkdar artist Səlim Abbas bildirdi ki, konsert SAF - İsveç Azərbaycan birliyinin sədri Sevda Dadaşova və İnternasional Media Groupun sədri Rahim Sadiqbəyli tərəfindən təşkil olunub: "Konsertdə Azərbaycandan gələn əməkdar artistlərimiz İlqar Muradov, Ruhəngiz Allahverdiyeva, tanınmış sənətçilərimiz Elçin Şəfizadə və Anar Abbasov var idi. Onlarla birlikdə çox maraqlı bir proqram təşkil edilmişdi. Orada İsveçli müğənni Kate Christina Roxenhalla birgə "Sarı gəlin” mahnısını oxuduq. Konserti İsveçdə yaşayan tanınmış yazıçı Eluca Atalı apardı. Orada öz repertuarımda olan mahnılarla birlikdə İsveç mahnısı olan "Danza Puaza”-nı ifa etdim. Bu onlara daha xoş təsir bağışladı”.


banner

Oxşar Xəbərlər