• cümə axşamı, 18 aprel, 18:29
  • Baku Bakı 21°C

Səlim Abbas Sami Yusifə bənzədildi Foto

21.01.14 14:36 1743
Səlim Abbas Sami Yusifə bənzədildi Foto
Ötən gün “Kaspi qlobal” prodakşının təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişində əməkdar artist Səlim Abbasov iştirak edib. Sözügedən verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirməyə müvəffəq olub.
Kaspi.az saytı xəbər verir ki, Səlim həmin verilişdə dünya şöhrətli, Azərbaycan əsilli ifaçı Sami Yusifin obrazını canlandırıb. Səlim Abbasov ona həvalə olunan rolu dolğun, tam şəkildə canlandıra bilib. İfaçının sözlərinə görə, Sami Yusifin obrazını canlandırmaq ona təşkilat tərəfindən təklif olunub: “Verilişin formatı elədir ki, burada yerli ifaçılarımızı hansısa dünyaca məşhur ulduza bənzədilir. Təşkilatçılar məni Sami Yusifə bənzətdilər. Həmin verilişdə Sami Yusifin mahnılarını 4 dildə - ingilis, ərəb, türk və hind dilində ifa etdim. İndiyə kimi türk və ingilis dilində mahnı oxumuşam, ancaq hind və ərəb dilində birinci dəfə idi ki, mahnı ifa edirdim. Bu işdə ilahiyyatçı dostum ifaçı Samir Salamın və sevilən müğənni Talıb Talehin, bir də ki, “Kaspi qlobal” prodakşının köməkliyi ilə bu obrazın və ifanın da öhdəsindən gəldim”.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Kəmalə Əhmədova, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı isə Ətrabə Babayevadır.
Xəyalə RəisFoto"> Foto">

banner

Oxşar Xəbərlər