• şənbə, 27 Aprel, 03:34
  • Baku Bakı 14°C

Sel nəticəsində bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

19.09.16 10:55 724
Sel nəticəsində bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub
Sentyabrın 2-də saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində sıradan çıxan Quba-Xınalıq yolunda problem aradan qaldırılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsində olan problemlərdən aradan qaldırılıb.Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib.

Qeyd edək ki,sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində Quba-Xınalıq yolunun bağlanması nəticəsində 7 kəndlə əlaqə kəsilib.
banner

Oxşar Xəbərlər