• şənbə, 20 Aprel, 16:10
  • Baku Bakı 23°C

Sekuta ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsindən gedir

15.03.18 18:54 488
Sekuta ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsindən gedir
"Səfir Robert F. Sekuta Azərbaycanda üç ildən çox, Dövlət Departamentində isə uzun müddət çalışdıqdan sonra, Bakıdakı vəzifəsini mart ayının sonunda bitirməyə, daha sonra isə diplomatik xidmətini başa vurub təqaüdə çıxmağa qərar verib".

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir.

Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir", - deyə məlumatda qeyd olunur.
banner

Oxşar Xəbərlər