• çərşənbə, 17 Aprel, 03:06
  • Baku Bakı 14°C

SƏKSƏN YAŞIN SƏKSƏN ANI...

20.12.18 14:15 1613
SƏKSƏN YAŞIN SƏKSƏN ANI...
Poeziyasında sevgi, ümid, azadlıq, kədər, məhəbbət ətri olan Nurəngiz Gün Azərbaycan müasir qadın ədəbiyyatının görkəmli ismidir. O, tam anlamında şair, nasir, publisist, aktirsa, diktor kimi yaddaşlarda qalmağı bacaran az-az insanalardan biridir. Amma bütün bunları kölgədə qoyan onun vacib cəhəti də olub. Bu da insanlığıdır. Nurəngiz xanım gözəl insan kimi, xanım-xatın bir qadın kimi xatirələrdə yer alıb. Məncə, bu onu xarakterizə edən, oxucualara sevdirən ən başlıca amildir.
Nurəngiz Gün Azərbaycan ədəbiyyatına "Tanrı bəşər övladıdır”, "Ağ qanadlar”, "Günəşə dua”, "Yol gedirəm”, "Xocalı simfoniyası”, "Mənim ağ çiçəklərim” kimi unudulmaz əsərlər bəxş edib. Müxtəlif mwxt’lif zaman kəsiklərində yazdığı bu əsərlər real təsviri, tərənnümü, duyğuları, daxilindəki həyəcanı, sevinci, kədəri ilə bir-birindən fərqlənir. Hətta eyni hiss və duyğunun, məsələn, kədərin və ya sevincin rəngləri, çalarları da müxtəlig şeirlərdə müxtəlifdir, bir-birindən fərqlidir. Xüsusən də, şeirləindəki poetik təsvir, poetik tərənnüm daha qabarıq şəkildə özünü büruzə verir. Nurəngiz xanımın özünəməxsus, daha dəqiq desəm, özünün yaratdığı, özünə uyğun bir ədəbi stilistikası var. Şeilərindəki bu abu-hava, bu atmosfer onun sırf daxilindən gələn bir şeydir. Bəlkə də, elə budur Nurəngiz Gün yaradıclığının özəlliyi, fərqliliyi.
Adındakı "Nur” elə simasına, ruhuna, əsərlərinə də yansıyıb desəm, əlbəttə ki, yanılmaram. O, bu gözəl nuruyla həm də Azərbaycan Dövlət Televiziyasının siması idi. Ədəbi mühitdə imzasını tanıdana qədər səsiylə artıq milyonlarla tamaşaçının sevimlisi olmuşdu. O səsin sehrinə, möcüzəsinə düşənlər, bir müddət sonra onun sözünün də cazibəsinə yaxalanaraq əsirinə çevrilildilər.
Bu il Nurəngiz xanımın səksən illik yubileyi qeyd olunur. Yubiley çərçivəsində bir neçə tədbir nəzərdə tutulub. Xanım şairin 80 illik yubileyi münasibətilə yeni çapdan çıxan "Səksən yaşın səksən anı” miniatür kitabının təqdimatı onun əziz xatirəsinə həsr olunmuş tədbirlər silsiləsindəndir. Bu miniatür kitabın ideyası Nurəngiz Gün yaradcılığının tədqiqatçısı, əsərləri haqqında doktorluq disertasiyası müdafiə edən, filologiya üzrə fəlsəfə doktoru Bahar Bərdəliyə məxsusdur. Kitab Bakı Miniatür Muzeyində oxuculara təqdim olunub. Tədbiri açan muzeyin təsisçisi və yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova kitab barədə fikirlərini bölüşüb. Və bildirib ki, bu miniatür kitab 2018-ci ildə "İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 75x60 millimetr olan kitab 268 səhifədən ibarətdir. Səksən şeirin yer aldığı nəşrə 80 ədəd rəngli və ağ-qara fotoşəkil daxil edilib.
Nurəngiz Günün qızı millət vəkili Jalə Əliyevanın fikirlərinə görə, "Səksən yaşın səksən anı” kitabının təqdim olunduğu Bakı Miniatür kitab muzeyi çox əhəmiyətli bir obyektdir. Və Nurəngiz xanımın da kitabının bu muzeydə yer aldığına görə sevindiyini, bununla fəxr etdiyini bildirdi. Bundan sonra Nurəngiz xanımın kitabı da bu möhtəşəm muzeydə sərgilənəcək, nümayiş olunacaq. Jalə xanım deyir ki, mən miniatür kitabları bir qəlbə bənzədirəm, döyünən ürəyə bənzədirəm. Və əgər biz bu minitür kitabı ovcumuzda tuta biliriksə, bu o deməkdir ki, biz həmin şəxsiyyətləri daha yaxından, daha dərindən hiss edə bilirik. Və bu balaca kitablar onları bizə böyük kitablardan daha çox yaxınlaşdırır, doğmalaşdırır. Mən belə görürəm ən azından.
Bu kitabda Nurəngiz Gün yaradıclığından səksən şeir toplanıb. Sanki səksən yaşın səksən anını xatırlatmaq üçün səksən illik ömrə işıq saçan səksən şəkil və yaradıcılığndan seçilmiş səksən şeir var. Kitaba nisbətən daha qısahəcmli, yəni miniatür kitab ölçülərinə uyğun gələcək şeirləri seçilib daxil edilib.

Hazırladı: Xanım AYDIN

banner

Oxşar Xəbərlər