Səkkiz ayda əhalinin gəlirləri 9,5 faiz artıb
Yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 34786,3 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3548,1 manata çatıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildiriblər ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 31930,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait qalıb.