AZE | RUS | ENG |

Şəkiyə qoz boyda dolu yağıb

Şəkiyə qoz boyda dolu yağıb
Mayın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.
Oğuzda 44 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 mm (39 faiz), Zaqatalada 33 mm (26 faiz), Xınalıqda 25 mm, İsmayıllıda 22 mm, Göyçayda 21 mm (34 faiz), Qəbələdə 19 mm, Sarıbaşda (Qax) 18 mm, Xaltanda 15 mm, Qırızda 13 mm, Naftalanda 12 mm yağıntı qeydə alınıb. Digər rayonlarda yağıntının miqdarı 1.0-8.0 mm olub.
Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Şəkinin Əyriçay məntəqəsində diametri 34 mm, Dəhnə kəndi Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16 mm, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20 mm, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8684
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1128
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1751
CHF 1 1 İsveçrə frankı 1.7154
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2975