• cümə, 29 Mart, 09:40
  • Baku Bakı 5°C

Şəkidə yeni uşaq bağçası istifadəyə verilib

10.05.16 20:09 4415
Şəkidə yeni uşaq bağçası istifadəyə verilib
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Şəkidə də silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTACxəbər verir ki, mayın 10-da şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri dahi şəxsiyyətin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Şəki şəhərindəki 16 saylı uşaq bağçası üçün inşa edilən 100 yerlik yeni bağça binasının açılış mərasimi olub.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, Ulu Öndərin doğum günündə uşaq bağçasının yeni binasının istifadəyə verilməsi çox sevindirici hadisədir.
Sonra şəhər rəhbərliyi binada yaradılan şəraitlə tanış olub. Müasir standartlara uyğun inşa edilən bağça binası təzə inventar və avadanlıqla təmin olunub, həyət abadlaşdırılıb.
Həmin gün Şəki şəhərində, rayonun qəsəbə və kəndlərində ağacəkmə aksiyaları keçirilib, təmizlik və abadlıq işləri aparılıb.
Aksiya zamanı Şəki şəhərinin Olimpiya məhəlləsində, Zərifə Əliyeva küçəsinin M.Ə.Rəsulzadə prospekti ilə kəsişməsindən Oğuz yolunadək olan hissədə yüzlərlə ağac əkilib. Aksiyada şəhər rəhbərliyi, əmək kollektivləri və sakinlər iştirak ediblər.
Ümumiyyətlə, ağacəkmə aksiyası zamanı rayon ərazisində 8 minə yaxın müxtəlif növ ağac əkilib.
banner

Oxşar Xəbərlər