• cümə, 19 Aprel, 14:46
  • Baku Bakı 25°C

Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ

15.07.19 10:22 14728
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə olunan Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağır, Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.
Kliniki Tibbi Mərkəzdə müalicə olunan İlkin Məmmədovun (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabildir, həyati təhlükələri yoxdur.
banner

Oxşar Xəbərlər