• cümə, 19 Aprel, 14:44
  • Baku Bakı 25°C

Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub

14.07.19 21:39 14574
Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacınıniki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub.
Bu barədə "Report"un Şimal-qərb bürosunaŞəkiYuxarı Baş Dövlət Tarix MemarlıqQoruğunun direktoruTəranə Abdullayeva məlumat verib.
T.Abdullayeva bildirib ki, ağacın iki budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: "Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacınıniki böyük budağıqırılaraq yerə düşüb. Hadisə zamanıbir neçə nəfərxəsarət alaraqxəstəxanaya çatdırılıb".
Qoruq direktorunun sözlərinə görə,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika BaşProkurorluğunun əməkdaşlarıərazidə araşdırma aparırlar: "Ağacın 500-ə yaxın yaşı var. Ona görə də ikiböyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır.Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik".
T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də,çardaq hissəsində bir neçə kirəmitqırılıb.
Qeyd edək ki,hadisə və xəsarət alan şəxslərin müalicəsi dövlət başçısının xüsusi nəzarətindədir.
banner

Oxşar Xəbərlər