• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Şəkidə tütünçülük sahəsində iki minə yaxın mövsümi işçi çalışır

01.08.17 10:45 1156
Şəkidə tütünçülük sahəsində iki minə yaxın mövsümi işçi çalışır
Şəki rayonunun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. "İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermerlərdən 857 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən bu günədək emal məntəqəsində 54 ton quru tütün istehsal edilib.
Bu barədəAZƏRTAC-a emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib.
Müəssisənin rəsmisinin bildirdiyinə görə, hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Xatırladaq ki, bu il rayonun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də müsbət təsir göstərir. Belə ki, bu il Şəkidə tütünçülük sahəsində iki minə yaxın sakin mövsümi işlə təmin olunub.
banner

Oxşar Xəbərlər