• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

19.06.18 19:14 826
Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var
Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər