• cümə, 29 Mart, 10:59
  • Baku Bakı 5°C

Şəkidə meşədə baş vermiş yanğın lokallaşdırılıb

31.07.17 19:33 1610
Şəkidə meşədə baş vermiş yanğın lokallaşdırılıb
Şəki rayonunun Bakkal kəndi yaxınlığında Göynük meşəbəyliyinin 2 saylı dolayında baş vermiş yanğın lokallaşdırılıb.
APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanğın baş vermiş əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki və Qax Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin, habelə Fövqəladə Hallar Nazirliyinin Yanğından MühafizəXidmətinin əməkdaşları cəlb olunub.
Havaşəraitinin küləkli olması səbəbindən yanğının söndürülməsində çətinliklər yaransa da, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin və ETSN-nin əməkdaşlarının ciddi səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub. Meşənin kol-kos ərazisində baş verən yanğının qarşısının alınması və közərən sahələrin söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir.
İlkin ehtimala görə yanğının baş verməsinə səbəb vətəndaşların odla ehtiyatsız davranması olub.
banner

Oxşar Xəbərlər