• çərşənbə axşamı, 23 aprel, 16:14
  • Baku Bakı 24°C

Şəkidə meşə yanğını baş verib

23.08.17 23:08 934
Şəkidə meşə yanğını baş verib
Şəki Meşə Mühafizəsivə BərpasıMüəssisəsinin Küncüt meşəbəyiliyinin 2 saylı dolayının tinglik ərazisində yanğın baş verib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.Yanğının söndürülməsi üçün hadisə yerinə dərhal ETSN və FHN-in yerli qurumlarının əməkdaşlarıcəlb edilib.

İ.İbrahimovanın sözlərinə görə, bələdiyyə torpaqlarında açıq sahədə baş verən yanğın güclü külək nəticəsində sonradan meşə ərazisinə keçib. Alov kolluq ərazini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.
banner

Oxşar Xəbərlər