• cümə axşamı, 25 aprel, 14:04
  • Baku Bakı 23°C

Şəkidə maarifləndirilmə tədbiri keçirilib

16.10.14 16:09 1098
Şəkidə maarifləndirilmə tədbiri keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Bakı Biznes Tədris Mərkəzi (BBTM) tərəfindən sahibkarların maarifləndirilməsi, onlara metodiki köməkliyin, məsləhət və innovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilir. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, növbəti maarifləndirmə tədbiri nazirliyin Şəki-Zaqatala regional bölməsinin və BBTM-in Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə keçirilib.
Treninqdə “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında təqdimatlar keçirilib, biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili və sair barədə məlumat gənclərin diqqətinə çatdırılıb.
Treninqdə İSN tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və sair barədə geniş məlumat verilib, biznesin səmərəli təşkili və inkişafında əhəmiyyəti vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər