• cümə axşamı, 18 aprel, 07:19
  • Baku Bakı 12°C

Şəkidə çövkən yarışları davam edir

19.12.13 14:16 1173
Şəkidə çövkən yarışları davam edir
Şəki regional Atçılıq Mərkəzində Prezident Kuboku uğrunda ənənəvi çövkən yarışları davam edir. “Kaspi”nin əməkdaşı həmin mərkəzdə olarkən yarışlarla maraqlanıb.
Mərkəzin rəhbəri Elman Qədirovun verdiyi məlumata görə, yarışlara 15 dekabrda start verilib. Sözügedən oyunlara 20 komanda qatılıb. Hazırda 4 komanda yarımfinal və final oyunları uğrunda yarışır. Belə ki, Bakı-1 və Bakı-2 komandaları birinci yer uğrunda, Şəki və Ağdam komandaları isə yarımfinalda yarışacaqlar. Nəzərinizə çatdıraq ki, yarışlar dekabrın 20-də başa çatacaq.
banner

Oxşar Xəbərlər