• cümə axşamı, 28 mart, 23:17
  • Baku Bakı 13°C

Şəkidə at 3 maşını bir-birinə vurdu

08.10.13 13:46 2983
Şəkidə at 3 maşını bir-birinə vurdu
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yol qəza hadisəsi Şəkinin
Biləcik kəndi ərazisində qeydə alınıb. Belə ki, Şəki sakini Babayev
Səxavət Müzəffər oğlu idarə etdiyi 55-BN-370 dövlət nömrə nişanlı, "VAZ-21015" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, qəfildən onun qarşısına sahibsiz at çıxıb. İdarəetməni itirən sürücü atı vuraraq, əks isitqamətdə hərəkətdə olan Qax rayon sakini Qocayev Ruhin Ələstun oğlunun idarə etdiyi, 20-BT-802 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.
Sonra isə avtomobili durdura bilməyən "VAZ-21015"in sürücüsü avtomobili yol kənarında dayanan Şəki sakini Xəlilov Rüstəm Rəcəb oğluna məxsus 55-BE-322 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobilə çırpıb.
Xoşbəxtlikdən hadisə zamanı sürücülərdən heç biri xəsarət almasa da, at hadisə yerində tələf olub. Qəzaya səbəb ilkin olaraq "VAZ-21015"in sürücüsünün əlverişsiz hava şəraitinə uyğun sürət rejimi seçməməsi və sahibsiz atın magistral yola çıxması ehtimal edilir.
Onu da qeyd edək ki, qəza baş verən ərazidən 10 km aralı, Şəkinin Aşağı Göynük kəndi ərazisində də digər bir məlum olmayan avtomobil sahibsiz atı vuraraq hadisə yerindən qaçıb. Nəticədə at hadisə yerindəcə tələf olub. Şahidlərin sözlərinə görə, atı vuran "Opel" markalı avtomobil olub. Hər iki faktla əlaqədar Şəki şəhər rayon Polis Şöbəsində araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
banner

Oxşar Xəbərlər