AZE | RUS | ENG |

Şəkidə ağır qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşı olub

Şəkidə ağır qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşı olub
Dekabrın 9-u axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında ölən və yaralananların hamısının şəxsiyyəti müəyyən edilib.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Murad Nadir oğlu Bağırovun idarə etdiyi "Mercedes” markalı "57 BN 577" dövlət nömrə nişanlı minik avtomobili ilə 1959-cu il təvəllüdlü Gəncə şəhər sakini Şamil Mehdiyevin idarə etdiyi "Passat” markalı "20 DA 133" dövlət nömrə nişanlı minik avtomobili qarşı-qarşıya toqquşub.
 
Ağır qəzadan sonra "Passat" markalı avtomobilin sürücüsü Şamil Mehdiyev və avtomobildə sərnişin qismində olan Rusiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova hadisə yerində ölüblər. Digər sərnişin 1949-cu ildə Şəmkir rayonunda doğulan və hazırda Rusiya vətəndaşı olan Rəfael Tağı oğlu Qasımov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) çatan an ölüb. Digər yaralı 1963-cü ildə Yevlax rayonunda doğulan və hazırda  Rusiyanın Primorski diyarında qeydiyyatda olan İsa Hilal oğlu Abbasov ağır vəziyyətdə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

"Mercedes" markalı avtomobilin sürücüsü Murad Bağırov və sərnişinləri 1992-ci il təvəllüdlü Qax rayon sakini Elvin Babək oğlu Qasımlı və 1992-ci il təvəllüdlü Göygöl sakini Rəşad Məzahir oğlu Aslanlı Mingəçevir ŞMX-a yerləşdiriliblər. Yaralıların vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.
 
APA-nın əldə etdiyi məlumata görə, Rusiyanın ayrı-ayrı diyarlarından olan Olqa Lesnikova və Oksana Maskolnikova ixtisasca həkim-cərrahdırlar. Onlar  qəzada ölən Rəfael  Qasımovun qonaqları olublar. "Mercedes" markalı avtomobilin sürücüsü Murad Bağırov, Elvin Qasımlı və Rəşad Məzahir Aslanlı isə hərbçidirlər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6936
GBP 1 İngilis funt sterlinqi 2.2514
TRY 1 Türk lirəsi 0.3502
KWD 1 Küveyt dinarı 5.6140
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9874
CHF 1 İsveçrə frankı 1.6979
USD 1 ABŞ dolları 1.7000